Bakı. Trend:
Qazaxıstanın şimalındakı Akmola vilayətində “Şoptıkol” bəndi
yarılıb.
Trend xəbər verir
ki, bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat
xidmətindən bildirilib.
Məlumata görə, hidrotexniki qurğu Qorğaljın rayonunun Sabındı
kəndindən 2 kilometr şimalda yerləşir və hazırda ərazidə bərpa
işləri aparılır. Hadisə yerində suyun təhlükəsiz şəkildə
buraxılması üçün operativ tədbirlər görülür.
Fəsadların aradan qaldırılmasına FHN-in, yerli icra hakimiyyəti
orqanlarının, rayon polis şöbəsinin, eləcə də yol xidmətlərinin
qüvvə və vasitələri cəlb olunub. Ümumilikdə 170-ə yaxın şəxsi heyət
və 43 texnika işlərə səfərbər edilib.
Qurumdan bildirilib ki, bəndin möhkəmləndirilməsi, lazımi
materialların tökülməsi və suyun kənarlaşdırılması istiqamətində
tədbirlər davam etdirilir.

