Keşlə qəsəbəsində kollektorda qəzaya səbəb olan ev sökülür

Baş səhifə

Bakı. Trend:

Uzun müddət əvvəl Xətai rayonu, Rəşid Bağırov 36/12b ünvanında
kollektorun üzərində inşa edilən iki mərtəbəli yaşayış evinin
sökülməsi ilə bağlı qərar verilib.

Trend-in
məlumatına görə, artıq aidiyyəti qurumlar tərəfindən söküntü
işlərinə start verilib.




Mütəxəssislərin fikrincə, gələcəkdə belə halların digər
ərazilərdə təkrarlanmaması üçün qanunsuz tikilmiş bu evin
təxirəsalınmaz şəkildə sökülməsi və kollektor xəttinin bərpası
vacibdir.

Qeyd olunur ki, evin bünövrəsinin çökməsi nəticəsində
kollektorun bir hissəsi tutulub və yağış sularının axıdılmasında
problemlər yaranıb.