Komitə sədri Qars Təhsil və Mədəniyyət Vəqfinin nümayəndə heyətini qəbul edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Qars
Təhsil və Mədəniyyət Vəqfinin sədri Kamil Salduzun rəhbərlik etdiyi
nümayəndə heyəti ilə görüşüb.

Trend xəbər verir ki, bu
barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.




Qonaqları salamlayan sədr yeni yaradılan vəqfin fəaliyyətinə
uğurlar arzulayıb və komitə tərəfindən lazımi dəstək
göstəriləcəyini bildirib. O həmçinin Şərqi Anadolu bölgəsindən olan
Azərbaycan əsilli Türkiyə vətəndaşlarının bir araya gəlməsini
təqdirəlayiq hal kimi qiymətləndirib.

Kamil Salduz səmimi qəbula görə təşəkkür edib. 19 oktyabr
2025-ci il tarixində Türkiyənin “Rəsmi qəzet”ində yayımlanan elanla
fəaliyyətə başlayan vəqfin qurucularının və qəyyumlarının
əksəriyyətinin Qars əsilli şəxslər olduğunu söyləyib. Vəqfin
əsasını təşkil edən “Qars Dostluq Qrupu” nun indiyə qədər bir çox
mədəni proqramlar keçirdiyini bildirib. 2023-cü ildə Diasporla İş
üzrə Dövlət Komitəsinin və Azərbaycanın Türkiyədəki Səfirliyinin
dəstəyi ilə Ankara və İstanbulda 28 May – Müstəqillik Gününə həsr
olunan kütləvi konsertlərin baş tutduğunu xatırladıb.