
Bakı. Trend:
İsrail hökuməti Qüds şəhərində ABŞ səfirliyinin tikintisi
məqsədilə torpaq sahəsinin ayrılmasını təsdiqləyib.
Trend xəbər verir ki, bu
barədə baş nazir Benyamin Netanyahu, xarici işlər naziri Gideon
Saar və tikinti naziri Haim Katzın birgə bəyanatında qeyd
olunub.
Sənəddə vurğulanır ki, səfirlik binasının inşası ABŞ-nin Qüdsü
İsrailin paytaxtı kimi tanımaq öhdəliyinin uzunmüddətli təzahürü
olmaqla yanaşı, iki ölkə arasındakı münasibətlərin möhkəmliyini
nümayiş etdirəcək.
İsrail rəhbərliyi əlavə edib ki, bu qərar İsrail və ABŞ-nin
İrana qarşı birgə fəaliyyətləri fonunda xüsusi əhəmiyyət
daşıyır.
“Bu addım ölkələrimiz arasında müttəfiqliyin və strateji
tərəfdaşlığın daha da gücləndiyini təsdiqləyir”, – bəyanatda
bildirilib.


