Netanyahu digər ölkələri də İrana qarşı əməliyyata qoşulmağa çağırıb

Baş səhifə
Netanyahu digər ölkələri də İrana qarşı əməliyyata qoşulmağa çağırıb

İsrailin Baş naziri Benyamin Netanyahu dünya liderlərini İsrail ilə ABŞ-nin İrana qarşı hərbi əməliyyatına qoşulmağa çağırıb.

“Report” xəbər verir ki, o, bunu Arad şəhərinə səfərində bildirib.

“Onları dayandırmaq lazım olduğuna dair sizə daha hansı sübutlar lazımdır?” – Netanyahu deyib.

Onun sözlərinə görə, İsrail və ABŞ artıq birgə fəaliyyət göstərir və digər ölkələrin də onlara qoşulmaq vaxtı çatıb.