Bakı. Trend:
Kosta Rika hökuməti Havanadakı səfirliyinin bağlandığını elan
edib və Kuba hakimiyyətindən diplomatik heyətin San Xosedən geri
çağırılmasını tələb edib.
Trend xəbər verir
ki, bu barədə “La Nacion” qəzeti məlumat yayıb.
Məlumata görə, qərar adada “insan haqları vəziyyətinin
sistematik şəkildə pisləşməsi” ilə əsaslandırılıb.
Kosta Rikanın xarici işlər naziri Arnoldo Andre Tinoko bildirib
ki, bu addım mövcud vəziyyətlə bağlı narahatlıqlar fonunda
atılıb.
Eyni zamanda, ölkə prezidenti Rodriqo Çaves administrasiyasının
Kuba rəhbərliyinin legitimliyini tanımaqdan imtina etdiyini
açıqlayıb.

