
Bakı. Trend:
“Apple” şirkəti 15 mart 2026-cı ildən etibarən Çində “App
Store”da tətbiqdaxili alış-verişlər üzrə komissiyaları
azaldacaq.
Trend xəbər verir
ki, bu barədə “Xinhua” məlumat yayıb.
Məlumata görə, Çin tənzimləyiciləri ilə “Apple” arasında müvafiq
razılaşma əldə olunub. Yeni şərtlərə əsasən, tətbiqdaxili
alış-verişlər və pullu tətbiqlər üçün standart komissiya 30%-dən
25%-ə endiriləcək.
“Apple” bütün tərtibatçılar üçün ədalətli və şəffaf mühitin
qorunmasına sadiq olduğunu bildirərək, Çində tətbiqlər yayan
tərtibatçılara digər bazarlardakı ümumi ödəniş səviyyəsinə uyğun
rəqabətli “App Store” haqları təklif edəcəyini vurğulayıb.


