
Çin Azərbaycanı milli xüsusiyyətlərinə uyğun inkişaf yolu ilə irəliləmək istəyində dəstəkləyir.
“Report”un məlumatına görə, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey brifinqdə bəyan edib.
Onun sözlərinə görə, Çinlə Azərbaycan inkişaf və dirçəliş yolunda tərəfdaşdırlar, həmçinin Qlobal Cənubun mühüm iştirakçılarıdır: “Çin Azərbaycanı milli xüsusiyyətlərinə uyğun inkişaf yolu ilə irəliləməkdə dəstəkləyir”.
Lu Mey vurğulayıb ki, Pekin qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi və iki ölkənin birgə inkişafı üçün modernləşmə imkanlarını Bakı ilə bölüşməyə hazırdır.
Onun sözlərinə görə, Çinin təcrübəsini Azərbaycanla bölüşməyə hazır olduğu sahələrdən biri süni intellekt texnologiyalarının inkişafıdır.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


