PSJ prezidenti Vitinyanı “Real”a satmaqdan imtina edib

Baş səhifə
PSJ prezidenti Vitinyanı Reala satmaqdan imtina edib

Portuqaliya millisinin futbolçsuu Vitinya İspaniyanın “Real” klubuna keçməyəcək.

“Report” “The Touchline”a istinadən xəbər verir ki, yarımmüdafiəçi Fransa təmsilçisi PSJ-də qalacaq.

Ölkə çempionunun prezidenti Nasser Əl-Xelaifi 26 yaşlı oyunçunu “kral klubu”na satmaq niyyətində deyil.

Qeyd edək ki, Vitinya bu mövsüm PSJ-də 36 oyun keçirib, 6 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Paris klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayınadək qüvvədədir.