“Beşiktaş”ın heyətində ciddi itki baş verib

Baş səhifə

Bakı. Trend:

Türkiyənin “Beşiktaş” klubunun heyətində ciddi itki baş
verib.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi
Emirhan Topçu sıradan çıxıb.




Türkiyəli futbolçu Super Liqanın 23-cü turunun “Göztepe” ilə
matçında ayaq əzələsindən zədələnib. 25 yaşlı mərkəz müdafiəçisinin
4-6 həftə yaşıl meydanlardan uzaq qalacağı ehtimal olunur.

Qeyd edək ki, “Beşiktaş” Emirhan Topçunu 2024-cü ilin yayında “Rizespor”dan 3,4 milyon avroya transfer edib. Türkiyə millisinin
üzvü bu mövsüm “qara qartallar”ın heyətində meydana çıxdığı 24
rəsmi matçda 1 qol vurub.