“Fitch Solutions” Azərbaycanda 2026-cı il üzrə iqtisadi artımla bağlı proqnozunu verdi

Baş səhifə

Bakı. Trend:

“Fitch Solutions”un tərkibinə daxil olan “BMI” şirkəti
Azərbaycan iqtisadiyyatının 2025-ci ildə 1,4% artımdan sonra
2026-cı ildə 2,5% artacağını proqnozlaşdırır.

Trend bu barədə
şirkətin məlumatlarına istinadən xəbər verir.

“Biz hesab edirik ki, inflyasiyanın azalması və nisbətən sabit
əmək bazarı ilə dəstəklənən daxili tələbat iqtisadi artımın
tədricən bərpasına töhfə verəcək”, – deyə “BMI”nin hesabatında qeyd
olunur.




Şirkətin analitikləri dünya bazarında neft qiymətlərinin
enəcəyini və fiskal məhdudiyyətlər fonunda neft sektorunun
çətinliklərlə üzləşməkdə davam edəcəyini gözləyirlər.

Xəbər yenilənəcək