Bakı. Trend:
Türkiyənin Antalya vilayətində sərnişin avtobusunun aşması
nəticəsində ölənlərin sayı artıb.
Trend xəbər verir
ki, qəza zamanı həlak olanların sayı 10 nəfərə çatıb.
Belə ki, avtobusun sürücüsü və daha bir sərnişin xəstəxanada
dünyasını dəyişib.
Xatırladaq ki, daha əvvəl Antalya vilayət administrasiyasının
rəhbəri Hulusi Şahin qəzada səkkiz nəfərin öldüyünü, 26 nəfərin isə
xəsarət aldığını bildirmişdi.

