Sabirabadda 27 yaşlı qadın dəm qazından öldü

Baş səhifə

Sabirabad sakini dəm qazından boğularaq ölüb.

Modern.az xəbər verir ki, hadisə şəhərin Hüseyn Cavid küçəsində qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü Ələkbərova Seydanə Mirələkbər qızı hamamda olan zaman dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır. (Report)