“Tottenhem”in iki futbolçusu avtomobil qəzasına düşüb

Baş səhifə

Bakı. Trend:

“Tottenhem Hotspur” klubunun hücumçusu Randal Kolo Muani və
yarımmüdafiəçi Vilson Odober avtomobil qəzasına düşüblər.

Trend xəbər verir
ki, bu barədə jurnalist Ben Ceykobs məlumat yayıb.




“Randal Kolo Muani və Vilson Odober təkər partlaması səbəbindən
kiçik avtomobil qəzasına düşüblər, lakin hər ikisi özlərini yaxşı
hiss edirlər və Frankfurta yollanacaqlar”, – deyə Ceykobs
bildirib.

Qeyd edək ki, “Tottenhem” yanvarın 28-də Frankfurt şəhərində
yerləşən “Frankfurt Arena”da Çempionlar Liqasının 8-ci turu
çərçivəsində “Ayntraxt”la qarşılaşacaq.