
Ötən il Azərbaycanda 14 milyard 189,5 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 % çoxdur.
Ötən il ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 1,5 % artaraq 6 milyard 748,5 milyon manata, heyvandarlıq məhsullarının dəyəri isə 0,3 % artaraq 7 milyard 441 milyon manat təşkil edib.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


