
Bakı. Trend:
Xorvatiya hökuməti PURL (Ukraynanın prioritet ehtiyacları
siyahısı) təşəbbüsü çərçivəsində Ukraynaya 15 milyon avro
məbləğində ianəni təsdiqləyib.
Trend xəbər verir
ki, bu barədə Xorvatiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Xorvatiya hökumətinin bu addımı
Ukraynaya olan qəti və dəyişməz dəstəyini bir daha vurğulayır.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, 2025-ci ildə
PURL çərçivəsində ianələrin ümumi məbləği 4,3 milyard dollar təşkil
edib və bunun təxminən 1,5 milyard dolları dekabr ayında həyata
keçirilib.


