Bakı. Trend:
İspaniyanın “Barselona” komandasının mərkəz müdafiəçisi Ronald
Arauxonun komanda ilə məşqlərə qayıdacağı vaxt məlum olub.
Trend xəbər verir
ki, məlumatı “Mundo Deportivo” nəşri yayıb.
Uruqvaylı futbolçu bu gün axşam keçiriləcək məşqdə komanda
yoldaşlarına qoşulacaq. Həmin məşq açıq olacaq və təxminən 6 000
azarkeşin iştirakı gözlənilir.
Məlumata görə, Arauxo məhz bu tarixdə qayıtmaq istəyib ki, onu
məktublarla dəstəkləyən azarkeşlərə şəxsən təşəkkür edə bilsin.
Bildirilib ki, futbolçu meydana qayıdışı tədricən həyata
keçirəcək və bu proses onun fiziki və emosional durumundan asılı
olacaq. Müdafiəçi istirahət müddətində Uruqvayda şəxsi məşqçisi ilə
məşqlər edib və “Barselona”nın verdiyi proqram üzrə çalışıb.
Oyunlara dönüşlə bağlı yekun qərar isə məşqçilər və tibbi heyət
arasında aparılacaq müzakirələrdən sonra veriləcək.

