Ekvadorda atışma baş verib

Baş səhifə

Bakı. Trend:

Ekvadorun Manabi əyalətində baş verən atışma nəticəsində ən azı
altı nəfər həlak olub.

Trend xəbər verir
ki, bu barədə “El Comercio” qəzeti məlumat yayıb.




Qəzetin məlumatına görə, dekabrın 28-i səhər saatlarında Manabi
əyalətində yerləşən Puerto Lopez balıqçı kəndində silahlı şəxslər
atəş açıblar. Ölənlər arasında iki yaşlı uşaq da var.

Hadisənin cinayətkar qruplarla əlaqəli ola biləcəyi ehtimal
olunur və həlak olanların dəqiq sayı hələ müəyyənləşdirilir.