ABŞ xüsusi əməliyyatlar üçün Karib dənizinə daha beş təyyarə göndərib

Baş səhifə

Bakı. Trend:

ABŞ ordusu komandanlığı Puerto Rikoya müxtəlif xüsusi
əməliyyatlar üçün istifadə edilə bilən daha beş təyyarə
göndərib.

Trend-in
məlumatına görə, bu barədə “Newsweek” jurnalı peyk görüntülərinə
istinadən bildirib.




Məlumata əsasən, bu təyyarələr ABŞ-nin Karib dənizindəki
əməliyyatlarını dəstəkləyən iki əsas baza olan Aquadilya
şəhərindəki Rafael Hernandes Hava Limanında və Seyba şəhərindəki
Hərbi Dəniz Qüvvələrinin “Ruzvelt-Rouds” bazasında yerləşir. Söhnət
C-130J hərbi nəqliyyat təyyarəsinin bir variantı olan “MC-130J
Commando II” təyyarələrdən gedir.

“Newsweek” xatırladıb ki, son aylarda Puerto Riko ABŞ hava
qüvvələrinin cəmləşdiyi yerə çevrilib; xüsusən də komandanlıq “Ruzvelt Rouds” hava bazasının fəaliyyətini yenidən bərpa edib.