
“Barselona”nın futbolçusu Robert Levandovski karyerasında ilk dəfə ardıcıl iki matçda ehtiyat oyunçular skamyasından meydana çıxmayıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu La Liqanın XVI turunda “Osasuna”nı 2:0 hesabı ilə məğlub etdikləri matçda yaşanıb.
37 yaşlı hücumçu ehtiyat oyunçular skamyasında yer alsa da meydana çıxmayıb. Hücumçu daha əvvəl, XV turda səfərdə “Betis” üzərində 5:3 hesablı qələbə qazandıqları matçı da ehtiyat oyunçular skamyasından izləmişdi.
Qeyd edək ki, “Barselona” hazırda 43 xalla turnir cədvəlində lider mövqeyindədir.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


