Bakı. Trend:
Türkiyədə səfərdə olan Roma Papası XII Leo Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, bu səfər pontifikin Katolik Kilsəsinin rəhbəri
seçildikdən sonra ilk rəsmi xarici səfəridir. Prezident
kompleksində baş tutan görüş bağlı qapılar arxasında yarım saat
davam edib.
Türkiyə mediasının yazdığına görə, liderlər Türkiyə–Vatikan
münasibətlərini, eləcə də cari regional və qlobal prosesləri
müzakirə ediblər. Görüş gündəliyinə həmçinin İsrailin Fələstin
münaqişəsi, Yaxın Şərqdə sülhün təmin edilməsinə dair səylər və
başqa beynəlxalq məsələlər daxil edilib.
İkitərəfli danışıqlardan sonra Ərdoğan və Papa XII Leo Prezident
Kitabxanasında birgə məbuat konfransı keçiriblər.

