“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub – Mikayıl Cabbarov

Baş səhifə

Bakı. Trend:

Xatırlayırsınızsa, xüsusilə “kölgə”də fəaliyyət göstərən
vətəndaşlarımızın əmək müqaviləsi olmadan çalışmaları, sosial
müdafiə sistemindən kənarda qalmaları məsələlərinə böyük diqqət
yetirirdik. Çünki gələcəkdə bu, həm vətəndaşların pensiya yaşına
çatdıqda hüquqlarının təmin edilməsi, həm də dövlətin onların
sosial müdafiəsini təşkil etməsi baxımından vacib məsələdir.

Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov AZƏRTAC-a və
İTV-yə məxsusi müsahibəsində deyib.




“Burada yəqin ki, ən böyük nəticə verən layihə 2019-cu ildən
2025-ci il də daxil olmaqla yeddi il ərzində tətbiq olunan
qeyri-neft-qaz və qeyri-dövlət sektorunda fiziki şəxslərin gəlir
vergisindən azad olması mexanizmi idi. Hətta gözləntilərimizi
üstələyən nəticələr əldə olundu”, – deyə nazir diqqətə
çatdırıb.