Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir – Mikayıl Cabbarov

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın son onilliklərdə uğur gətirən modeli ondan
ibarətdir ki, biz əlavə gəlirləri daha çox ehtiyatlara yönəldirik.
Bu ehtiyatlar – Neft Fondunun və Mərkəzi Bankın rezervləri və
şoklardan qorunma mexanizmləri – öz növbəsində makroiqtisadi və
makrofiskal sabitliyin təmin olunmasına xidmət edir.

Bu fikirləri iqtisadiyyat naziri Mikayıl Cabbarov AZƏRTAC-a və
İTV-yə məxsusi müsahibəsində bildirib.




Bunun çox yaxşı nümunəsinin işğaldan azad edilmiş ərazilərlə
bağlı olduğunu bildirən nazir deyib: “Bu ərazilər dövlət büdcəsi
üçün tamamilə yeni, həcmcə böyük sərmayə və xərc istiqamətidir.
Amma biz iqtisadi baxımdan ona xərc deyil, investisiya kimi
baxırıq. Çünki bu investisiya uzunmüddətli dövrdə,
vətəndaşlarımızın qayıdışı, iqtisadi fəallığın bərpası və
ərazilərin yenidən qurulması zamanı öz töhfəsini verəcək”.