
Azərbaycanın NATO yanında Nümayəndəliyi, o cümlədən Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun Hərbi Komitəsi yanında Hərbi Nümayəndəliyi NATO-nun mənzil-qərargahında təşkil olunan “Xeyriyyə bazarı”nda iştirak edib.
Nümayəndəlikdən “Report”a verilən məlumata görə, 38 ölkənin qatıldığı tədbirdə Azərbaycanın milli məhsullarından ibarət stendi və milli mətbəxi nümayiş etdirilib.
Tədbiri NATO-nun Beynəlxalq Qərargahının və Beynəlxalq Hərbi Qərargahının yüksək vəzifəli şəxsləri, müttəfiq və tərəfdaş dövlətlərinin Alyans yanında səfirləri və hərbi nümayəndələri, o cümlədən digər qonaqlar ziyarət ediblər.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


