Prezident: Yerlərdəki bəzi məmurlar məcbur olub o qanunsuz hərəkətləri icra ediblər

Baş səhifə
Prezident: Yerlərdəki bəzi məmurlar məcbur olub qanunsuz hərəkətləri icra ediblər

Yerlərdəki bəzi məmurlar məcbur olub o qanunsuz hərəkətləri icra ediblər.

“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən deyib.

O bildirib ki, Onların, əlbəttə ki, üzərinə düşən məsuliyyət tamamilə başqa yanaşmanı tələb edirdi. Ancaq, eyni zamanda, o da həqiqətdir ki, bəzi hallarda bax, bu qanunsuz əməllərin təməlində harınlamış, acgöz, gözü doymayan mərkəzdə oturan məmurların göstərişləri olub. Amma yenə də deyirəm, sağlamlaşdırma və təmizləmə siyasəti nəticəsində artıq əminəm ki, sizə heç kim qanunsuz tapşırıq verməyəcək. Əgər kimsə bu tapşırığı verərsə, onda dərhal mənə məlumat verin və o adamlar haqqında ciddi ölçülər götürüləcək.

MƏLUMAT YENİLƏNİR …