Bakı. Trend:
Çin 40-dan çox ölkənin vətəndaşları üçün birtərəfli vizasız
rejimin müddətini 31 dekabr 2026-cı ilə qədər uzadıb.
Trend xəbər verir
ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.
Əvvəllər bəzi ölkələr üçün vizasız rejimin bu ilin sonunda başa
çatacağı planlaşdırılırdı. Yeni qərara əsasən, İsveç də Çinə
vizasız səfər edə bilən ölkələr siyahısına daxil edilib. İsveç
vətəndaşları 2025-ci il noyabrın 10-dan 2026-cı il dekabrın 31-dək
Çinə vizasız daxil ola biləcəklər.
Vizasız rejim Fransa, Almaniya, İtaliya, Hollandiya, İspaniya,
İsveçrə, İrlandiya və Macarıstan da daxil olmaqla bir sıra
ölkələrin adi pasport sahiblərinə şamil olunur. Bu rejim turizm,
işgüzar əlaqələr, qohum və dost ziyarətləri, eləcə də tranzit
səfərləri üçün nəzərdə tutulub.
Qaydalara əsasən, vizasız ölkədə qalma müddəti 30 günə qədər
müəyyən edilib.

