Babək rayonunda oğurluq edən qadın tutuldu

Baş səhifə

Bakı. Trend:

Babək Rayon Polis İdarəsinə rayon ərazisində yerləşən yaşayış
evlərinin birindən pul oğurlanması barədə məlumat daxil olub.

Trend
xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən
əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə
şübhəli bilinən 24 yaşlı Göyərçin Sadiqova qısa müddətdə müəyyən
edilərək saxlanılıb.




Araşdırmalarla G.Sadiqovanın qanunsuz yolla evə daxil olaraq
oradan 1500 manat pul, 700 ABŞ dolları oğurladığı məlum olub.

Faktla bağlı araşdırma aparılır.