Ukraynada hərbi vəziyyət rejimi 90 gün uzadılıb.
“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, bununla bağlı Ali Radanın oktyabrın 21-də keçirilən iclasında Prezident Volodimir Zelenskinin təqdim etdiyi sənəd müzakirə olunub.
Sənədi Müdafiə və Təhlükəsizlik Şurasının katibi Rüstəmov Umerov təqdim edib.
Sənəd müzakirələrdən sonra qəbul edilib. Ukraynada hərbi vəziyyət, noyabrın 5-dən sonra 2026-cı il fevralın 3-ə qədər uzadılıb.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

