Bu gün DÇ-2026-nın Avropa seçmə mərhələsində 7-ci tura start verilir

Baş səhifə

Bakı. Trend:

Bu gün Dünya Çempionatı-2026-nın Avropa zonası üzrə seçmə
mərhələsində 7-ci tura start verilir.

Trend xəbər verir
ki, oyun günündə 8 qarşılaşma keçiriləcək.

G qrupunda Hollandiya millisi səfərdə Malta ilə üz-üzə
gələcək.
C qrupunda isə Şotlandiya yığması doğma meydanda Yunanıstana qarşı
mübarizə aparacaq.




L qrupunda Çexiya öz meydanında Xorvatiyanı qəbul edəcək,
Monteneqro isə Farer adaları ilə qarşılaşacaq.

Finlandiya – Litva
Şotlandiya – Yunanıstan
Belarus – Danimarka
Malta – Hollandiya
Avstriya – San-Marino
Kipr – Bosniya və Herseqovina
Çexiya – Xorvatiya
Farer adaları – Monteneqro