
Bakı. Trend:
Avropa İttifaqı Qəzzada formalaşacaq keçid hakimiyyətdə iştirak
etmək istəyir. Bu, ABŞ prezidenti Donald Trampın bölgədə müharibəyə
son qoymaq üçün irəli sürdüyü planın bir hissəsidir.
Trend xəbər verir ki, bunu
Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bildirib.
“Bəli, hesab edirik ki, Avropanın burada (sülh prosesində) böyük
rolu var və biz də bu prosesin bir hissəsi olmalıyıq”, – deyə
Kallas əlavə edib.
Öz növbəsində Almaniyanın xarici işlər naziri Yohan Vadeful
deyib ki, Trampın Qəzza zolağında müharibəni dayandırmaq planının
birinci mərhələsi gələn həftənin əvvəlində həyata keçirilməlidir.
Lakin əlavə edib ki, digər bütün məsələlər vaxt tələb edir. O,
vurğulayıb ki, birinci mərhələnin məqsədi atəşkəsə nail olmaq,
girov və məhbusların azad edilməsi, hərbi qarşıdurmada təmkin
nümayiş etdirilməsi və Qəzzaya humanitar yardımın daxil
olmasıdır.


