
Bakı. Trend:
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.
Trend Vətən
müharibəsinin sentyabrın 29-na olan xronikasını təqdim edir:
– Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “İnstagram”
səhifəsində paylaşım edib;
– Prezident İlham Əliyev “60 dəqiqə” proqramında sualları
cavablandırıb.
– Ermənistan daha 84 hərbçisinin həlak olduğunu elan edib;
– Gecə ərzində gərgin döyüşlər davam edib: Düşmənin 1 tankı və
10 nəfərədək şəxsi heyəti məhv edilib;
– Ermənistan ərazisindən Daşkəsən rayonu ərazisi atəşə tutulub;
– Füzuli şəhərinin azad olunması uğrunda Azərbaycan Ordusunun
hücumu davam edib;
– Düşmənin 2 tankı eyni anda məhv edildi;
– Müdafiə Nazirliyi Ermənistan ordusunun alayının darmadağın
edildiyini açıqladı;
– Ermənistan ordusunun daha bir zabiti məhv edilib;
– Angela Merkel Prezident İlham Əliyevə telefonla zəng edib;
– Baş Prokurorluq erməni təxribatı nəticəsində hamin vaxtadək
dəymiş zərəri açıqladı;
– Artilleriya bölmələri düşmənə sarsıdıcı zərbələr endirdi;
– Baş Prokurorluq erməni təxribatları ilə bağlı son vəziyyəti
açıqladı;


