Tramp Erdoğanla görüşünün “Əla” keçdiyini deyib

Baş səhifə
Türkiyənin Prezidenti Recep Tayyip Erdoğan qara kostyumdadır və ABŞ Prezidenti Donald Trampla yanaşı dayanıblar. Tramp Erdoğana nisbətən daha çox gülümsəyir və kostyumunun sinəsində Birləşmiş Ştatlar bayrağı ilə yanaşı qırıcı nişanı taxılıb.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Tramp Erdoğanla görüşündə kostyumunun sinəsində Birləşmiş Ştatlar bayrağı ilə yanaşı qırıcı nişanı taxılıb

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Trampla Erdoğanın Ağ evdə görüşü iki saat çəkib, Trump görüşün “Əla” keçdiyini deyib.

Paylaşımını ötürün YouTube

Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün “qəbul edin və davam edin”.

Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

Paylaşımın sonu YouTube

ABŞ və Türkiyə prezidentlərinin bu görüşündə Trump bir neçə dəfə Erdoğanı tərifləyib.

“O, çox hörmətli bir insandır, öz ölkəsində, bütün Avropada, bütün dünyada çox hörmətlidir”, – Donald Tramp deyib.

Görüşdə iki ölkə arasında nüvə enerjisi sazişi və çoxlu Boeing təyyarəsi alınması barədə sənəd imzalanıb.

Türkiyə Birləşmiş Ştatlardan həm də F-35 və F-16 qırıcılarını almaq istəyir, ancaq onlarla bağlı müsbət nəticə hələ ki, yoxdur.

Bu görüşdə Trump kostyumuna qırıcı təyyarə simvolu olan nişan taxıb.

ABŞ-da Türkiyədən Rusiya neftindən imtina etməsini istəyir və Trump deyib ki, bunun olacağına inanır.

Tramp ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiyalarla bağlı suala cavabında deyib ki, görüş yaxşı keçsə, sanksiyaları dərhal ləğv edə bilərlər.

Birləşmiş Ştatlar Türkiyəyə 2019-cu ildə Ankaranın Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərinə görə sanksiyalar tətbiq edib.

Sanksiyalara görə, Türkiyənin təqribən 1,4 milyard dollar ödədiyi 6 ədəd F-35 təyyarəsi ona verilməyib.

Bu, Ərdoğanın 2019-cu ildən bəri Ağ Evə ilk səfəridir.