“Atletiko” “Almeriya”nı məğlub edərək “Barselona”nı geridə qoydu – VİDEO

Dünya


İspaniya La Liqasının XVI turu çərçivəsində “Atletiko Madrid” və “Almeriya” komandalarının qarşılaşması baş tutub. Komandalar Madriddəki “Civitas Metropolitano” stadionunda qarşılaşıblar.

Görüşün baş hakimi qismində Rikardo De Burqos Benqoeçea çıxış edib. Bakı vaxtı ilə saat 18:00-da start fiti səslənib.

“Atletiko” “Almeriya”nı 2:1 hesabı ilə məğlub edib.

17-ci dəqiqədə Alvaro Morata matçda hesabı açaraq, “Atletiko”nu önə çıxarıb. Artıq 22-ci dəqiqədə Anxel Korrea matçda “matrasçılar”ın üstünlüyünü ikiqat artırıb. 62-ci dəqiqədə Leo Baptistao bir qolu vuraraq, görüşün yekun hesabını təyin edib. Oyun 2:1 hesabı ilə “Atletiko”nun qələbəsi ilə başa çatıb.

Bu matçın nəticəsindən sonra 15 matçdan 34 xal toplayan “Atletiko” “Barselona”nı geridə qoyaraq turnir cədvəlində üçüncü pilləyə yüksəlib. “Almeriya” İspaniya çempionatının XVI turunda 4 xal toplayıb və sonuncu, 20-ci yerdədir.

Mənbə: championat.com

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir