Zaur Hacıbabayev qələbə ilə qayıtdı

Dünya


Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində qarışıq təkbətək döyüş növləri üzrə MMA Global silsiləsindən Qran-Pri keçirilib.

resmixeber.az xəbər verir ki, Azərbaycanı mötəbər yarışda dünya və Avropa çempionu Zaur Hacıbabayev təmsil edib. Zədə ilə bağlı uzun müddət idmandan kənarda qalan Z.Hacıbabayev misirli döyüşçü Əhməd Al Tayeblə üz-üzə gəlib.

Gərgin anlarla yadda qalan görüş Zaur Hacıbabayevin erkən qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan təmsilçisi həvəskar karyerasında dünya və Avropa çempionatlarında qızıl medal qazanıb. Bu onun peşəkar idmanda 13-cü qələbəsi oldu.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir