“Qalatasaray” Mario Lemina ilə bağlı qərar verib

Baş səhifə

Bakı. Trend:

“Qalatasaray” mövsümün sonunda müqaviləsi başa çatan Mario
Lemina ilə bağlı qərar verib.

Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.




Məlumata görə, İstanbul nəhəngi qabonlu yarımmüdafiəçini
komandada saxlayacaq. “Sarı-qırmızılar” 32 yaşlı dayaq
yarımmüdafiəçisinin sözləşməsinin müddətini daha 1 il uzadacaq.

Qeyd edək ki, “Qalatasaray” Mario Leminanı 2025-ci ilin yayında “Vulverhempton”dan transfer edib.