Kramatorskda xilasetmə işləri başa çatdı: Daha bir meyit çıxarıldı – FOTO

Dünya


Donetsk vilayətinin Kramatorsk şəhərində Rusiya ordusunun raketlə vurduğu kafedə xilasetmə işləri yekunlaşıb. Ümumilikdə 12 nəfərin həlak olduğuna dair məlumat var.

İyunun 29-da səhər saatlarında daha bir meyit dağıntılar altından çıxarılıb.

“Üçü uşaq olmaqla, ümumilikdə 12 nəfər həlak olub, biri uşaq olmaqla 60 nəfər yaralanıb. Yeddisi Dövlət Fövqəladə Hallar Xidməti tərəfindən olmaqla, ümumilikdə 11 nəfər xilas edilib”, – deyə xilasedicilərin açıqlamasında bildirilir.

Mənbə: UNİAN

www.RESMIXEBER.az