Qazaxda intihar hadisəsi baş verib.
resmixeber.az-ın məlumatına görə, hadisə rayonun Orta Salahlı kəndində qeydə alınıb.
Belə ki, Zaur Vaqif oğlu Şıxıyev yaşadığı evdə özünü asıb.
Onun meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Şəxsin hansı səbəbdən intihar etdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
www.RESMIXEBER.az