“Bakı payızı 2023”: Yarımfinal çıxışlarına fəal hazırlıq gedir – FOTO/VİDEO

Mədəniyyət


Azərbaycanda 35 il sonra “Bakı Payızı” istedadlar müsabiqəsi yenidən keçirilir.

resmixeber.az-a bu barədə müsabiqənin təşkilatçılarından məlumat verilib.

Bildirilib ki, musiqi və bədii təəssüratların yaradılması, bu əsasda musiqi mədəniyyətinin, üslub, ritm və ansambl hislərinin inkişafı bu ilki payızın əsas tədbirinə – “Bakı Payızı-2023 – 35 il sonra” istedadlar müsabiqəsinə peşəkar hazırlığın mühüm tərkib hissəsi olacaq.

Eləcə də qeyd olunub ki, 1-ci və 2-ci turların nəticələrini yekunlaşdıran yarımfinal çıxışlarına fəal hazırlıq gedir.

“Mentorlarımız tərəfindən uğurla həyata keçirilən, saatlarla davam edən məşqlərdə gözəl aparıcılarımız fəal iştirak edir, onlar da yaradıcılıq prosesində böyük maraq və həvəslə iştirak edirlər.

Ümumi yaradıcılıq birliyi ab-havasını, bayram əhval-ruhiyyəsini yaradan müəllim və iştirakçıların gördükləri işlərdən, istedad və vokal imkanlarının reallaşdırılmasını nümayiş etdirən videoçarxlar çəkilir.

Bizimlə qalın və bu möhtəşəm “Bakı Payızı-2023 – 35 il sonra” musiqi bayramına qoşulun!”, – deyə məlumatda vurğulanır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir