Britaniyanın keçmiş baş naziri parlament binasına buraxılmayacaq

Dünya


Britaniyanın keçmiş baş naziri Boris Conson koronavirus pandemiyası zamanı şənliklər keçirilməsi ilə bağlı yalan danışdığına görə İntizam Komitəsi tərəfindən tənqid olunub.

Britaniya Parlamenti İntizam Komitəsinin bu tənqid hesabatını təsdiqləyib.

Siyasətçini ittiham edən komitə üzvlərinin yekun rəyini 354 deputat dəstəkləyib, yalnız yeddi deputat əleyhinə çıxıb.

Sabiq baş nazir intizam tədbiri olaraq parlament binasına girmək hüququndan məhrum ediləcək və keçmiş deputat kimi təsdiq edilənə qədər bu qərar qüvvədə qalacaq.

Xatırladaq ki, iyunun 9-da Conson pandemiya zamanı təşkil olunan şənliklərdə iştirakı ilə bağlı aparılan araşdırmalar fonunda deputatlıqdan istefa verib.

Mart ayında Boris Conson İcmalar Palatasının İmtiyaz Komitəsinin dinləmələrində pandemiya zamanı bu qəbildən tədbirlərin işlə bağlı təşkil edildiyini açıqlamışdı.

Mənbə: “Sky News”

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir