Oğuzda avtomobil ağaca çırpılıb, 4 nəfər xəsarət alıb

Baş səhifə

Oğuzda minik avtomobili ağaca çırpılıb, 4 nəfər xəsarət alıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə səhər saat 06 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəza zamanı xəsarət alan 4 nəfər Oğuz rayon sakini Oğuz Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər.

Hazırda yaralılara ilkin tibbi yardım göstərilir və şəxsiyyətləri dəqiqləşdirlir.

Faktla bağlı araşdırma aparılır.