
Bakı. Trend:
Futbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.
F qrupunda Niderland və Yaponiya milliləri üz-üzə gəliblər.
Gərgin mübarizə şəraitində keçən qarşılaşma 2:2 hesablı heç-heçə
ilə başa çatıb.
Avropa təmsilçisinin heyətində Vircil van Deyk (50) və Krisensio
Sammervill (64) fərqləniblər. Asiyalıların qollarını isə Keito
Nakamura (57) və Daiti Kamada (88) vurublar.
Qeyd edək ki, bu qrupun digər oyunu saat 06:00-da İsveç və Tunis
komandaları arasında keçiriləcək.

