
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə
paytaxtın Binəqədi rayonu, Azadlıq prospektində uşağın köməyə
ehtiyacı olması barədə məlumat daxil olub.
Bu barədə FHN-dən məlumat verilib.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə
Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 2015-ci il
təvəllüdlü uşağın başının stadionun dəmir barmaqlıqları arasında
sıxılaraq təhlükəli vəziyyətdə qaldığı müəyyən edilib.
Xilasedicilər xüsusi xilasetmə vasitələrini tətbiq edərək
E.Gülməmmədovu xilas ediblər.

