Rusiyanın Dağıstan Respublikasında yerləşən 90 yaşayış məntəqəsinin 38 minə yaxın sakini ötən gün yağan dolu və güclü yağış səbəbindən elektrik enerjisiz qalıb.
Bu barədə Dağıstanın rəhbəri Sergey Melikovun Mətbuat Xidməti məlumat verib.
Məlumatda qeyd olunur ki, artıq təbii fəlakətdən zərər çəkmiş ərazilərə lazımi avadanlıqlar çatdırılıb.
“Fırtınanın pik vaxtında 90 yaşayış məntəqəsində 38 minə yaxın insan işıqsız qalıb. Hazırda elektrik enerjisinin hələ də bərpa olunmadığı yaşayış məntəqələrinin sayı səkkizdir”, – məlumatda qeyd olunur.
Mənbə: TASS
www.RESMIXEBER.az