Oğlunu itirən Rəhman Rəhmanov: “Başımız üstümüzdə deyil”

Cəmiyyət


Aktyor, Əməkdar artist Rəhman Rəhmanov müğənni oğlu Emil Rəhmanovun dünyasını dəyişməsi ilə bağlı məlumat verib.

Əməkdar artist resmixeber.az-a açıqlamasında dəfn tarixi və yeri haqqında dəqiq məlumat bilmədiyini söyləyib:

“Zəng edib, hər kəs başsağlığı verir. Allah hər birinin ölənlərinə rəhmət etsin. Mən hələ dəfn yeri və tarixi haqqında nə isə deyə bilmərəm. Hələ heç nə bilmirik. Başımız üstümüzdə deyil. Danışa bilmirəm. Meyiti götürməyə çalışırıq”.

Xatırladaq ki, Emil bir saat əvvəl M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində vəfat edib. O, damar tıxanması səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, aktyorun oğlu 2008-ci ildə soyğunçuluq etməkdə təqsirləndirilərək həbs olunub, altı il müddətinə azadlıqdan məhrum edilmişdi. E.Rəhmanov 2014-cü ildə ailə həyatı qurmuşdu.

Nəzrin Vahid

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir