
Bakı.Trend:
AZCON Holding şirkətlərindən olan ASCO-da Avropa Yenidənqurma və
İnkişaf Bankının (AYİB) nümayəndə heyəti ilə potensial tərəfdaşlıq
imkanları müzakirə edilib.
Bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO)
Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, qonaqlara ASCO-nun strateji inkişaf
prioritetləri, o cümlədən daşımaların səmərəliliyinin daha da
artırılması, donanmanın tərkibinin yeni gəmilərlə
zənginləşdirilməsi və Xəzərdən kənar fəaliyyətin genişləndirilməsi
üzrə nəzərdə tutulan hədəflər barədə ətraflı məlumat verilib.
Görüş zamanı rəqəmsallaşma, innovativ həllərin tətbiqi və müasir
çağırışlara uyğun korporativ idarəetmə yanaşmaları istiqamətində
həyata keçirilən və planlaşdırılan layihələr də diqqətə
çatdırılıb.
Müzakirələr zamanı tərəflər əməkdaşlığın mövcud vəziyyətini
müsbət qiymətləndirərək, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə
potensial tərəfdaşlıq imkanlarını da nəzərdən keçiriblər.
Görüşdən sonra AYİB nümayəndələri “Suraxanı” gəmi-muzeyini
ziyarət ediblər. Muzeyin ekspozisiya zalları ilə yaxından tanış
olan qonaqlara Azərbaycanın gəmiçilik tarixi və dənizçilik
ənənələri barədə ətraflı məlumat verilib.

