Xalq Bankdan sərfəli şərtlərlə istehlak krediti kampaniyası

Baş səhifə

Bakı. Trend:

Xalq Bank müştərilərə sərfəli kreditdən yararlanmaq imkanı
təqdim edir.

Keçirilən kampaniya çərçivəsində müştərilər istehlak kreditini
illik 15%-dən başlayan faizlərlə əldə edə bilərlər.

Təminatsız kreditlər 48 ayadək və 20 000 manatadək, zaminliklə
59 ayadək və 30 000 manatadək təklif edilir.

Müraciətçi sonuncu iş yerində 6 ay, ümumi ən azı 12 aylıq iş
stajına malik olmalıdır. Ətraflı şərtlərlə https://www.xalqbank.az/az/ferdi/kreditler/istehlak
səhifəsində tanış olmaq mümkündür.




Qeyd edək ki, kampaniya 30 dekabradək qüvvədədir.

Kredit sifarişi üçün https://loanorder.xalqbank.az/
vasitəsilə onlayn sifariş yerləşdirmək və ya Xalq Bank filiallarına
müraciət etmək olar. Bankın cari müştəriləri isə sifarişi XalqOnline mobil
tətbiq üzərindən yerləşdirə bilərlər.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın
filial şəbəkəsindən, https://www.xalqbank.az//
rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin
müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.