Bakının Nərimanov rayonunda bıçaqlanma baş verib.
resmixeber.az xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.
Belə ki, 1998-ci il təvəllüdlü Quliyev Zaur Məzahir oğlu naməlum şəxslə əlbəyaxa dava zamanı bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
www.RESMIXEBER.az