Bakıda qəzada 57 yaşlı qadının beli sınıb

Cəmiyyət


Bakının Sabunçu rayonunda 57 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.

“Report”un məlumatına görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1966-cı il təvəllüdlü Nəsibə Əliağa qızı Nəcəfova xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az