
Bakı. Trend:
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi
üzvü seçilib.
Trend Qırğızıstan mediasına istinadla məlumat verir ki, ölkə bu
nailiyyətə dördüncü cəhddə çatıb.
Asiya-Sakit Okean regionundan ayrılan yerə Qırğızıstan və
Filippin namizədliyini irəli sürmüşdü. Bişkek 142 səs, Manila isə
49 səs toplayıb.
BMT Baş Assambleyası 2027-2028-ci illər üçün Təhlükəsizlik
Şurasına 5 yeni qeyri-daimi üzv seçib. Avstriya, Portuqaliya,
Zimbabve, Trinidad və Tobaqo ilə yanaşı Qırğızıstan da Şuraya daxil
olub.

