Metronun “İçərişəhər” stansiyasında texniki nasazlıq səbəbi ilə qatar sərnişinsiz “Nərimanov” elektrik deposuna yola salınıb.
Bu barədə resmixeber.az-ın sorğusuna cavab olaraq Bakı Metropoliteninin mətbuat xidmətindən xəbər verilib.
Bildirilib ki, xəttə dərhal ehtiyat qatar verilib. Qrafik üzrə intervaldan əlavə 8 dəqiqə yubanma yaranıb.
www.RESMIXEBER.az